Çin kosmosa turist göndərəcək

Çin kosmosa turist göndərəcək
  07 Noyabr 2016    Oxunub:1411
Çin 2020-ci ildən kosmosa kommersiya səfərlərinin təşkilini planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu “ChinaRocket” şirkətinin prezidenti Xan Çinpin deyib. Onun sözlərinə görə, kosmosa turizm səfərlərinin təşkili ilə bağlı üçmərhələli proqram hazırlanıb:

"2020-2024-cü illəri əhatə edən ilkin mərhələdə 3-5 nəfərlik turist qrupları 10 tonluq kosmik təyyarələrdə Yer kürəsindən 60-80 kilometr yüksəkliyə uçmaq imkanı qazanacaq. Növbəti mərhələlərdə isə turistlər daha böyük təyyarələrlə bir qədər də yüksəkliyə (120-140 kilometr) uça biləcəklər".

AzVision.az


Teqlər:  





Xəbər lenti