ABŞ-da ilk səsvermə: Cəmi 6 nəfər səs verdi

ABŞ-da ilk səsvermə: Cəmi 6 nəfər səs verdi
  08 Noyabr 2016    Oxunub:3534
ABŞ-da prezident seçkilərinə start verilib.
AzVision.az xəbər verir ki, ənənəyə uyğun olaraq ilk səsvermə Nyu-Hempşir ştatın Diksvill-Notç adlı balaca kəndində baş tutub.

Seçki Bakı vaxtı ilə saat 09:00-da keçirilib.

Adı çəkilən kənddə cəmi 6 seçici var. Onlar ABŞ prezidenti postunda Demokratlar Partiyasından namizəd olan sabiq dövlət katibi Hillari Klintonu görmək istəyirlər.

Kəndin 4 sakini Hillari Klintona, iki sakini isə Respublikaçılar Partiyasını təmsil edən iş adamı Donald Trampa səs verib.

Qeyd edək ki, ötən əsrin 60-cı illərində yaranan ənənəyə əsasən, Diksvill-Notç ABŞ-ın digər bölgələrində səsvermə məntəqələrinin açılmasından əvvəl səs verməyə başlayır. Bu qəsəbədə səs verənlər orada fəaliyyət göstərən “Balsams” şirkətinin əməkdaşları olur.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti