Rusiya ABŞ-a nota verdi

Rusiya ABŞ-a nota verdi
  08 Noyabr 2016    Oxunub:3807
Rəsmi Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılması ilə bağlı qarşı tərəfə nota təqdim edib.

AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu qərarı qəbuledilməzdir.

“Bizim diplomatları qorxutmaq cəhdləri mövcuddur. Nəzərə almaq lazımdır ki, diplomatlarımız daxili siyasi şərait ilə yaxından tanış olmaq üçün Vyana konvensiyasının müddəalarına tam uyğun olaraq diplomatik funksiya yerinə yetirir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti nota təqdim edərək rusiyalı diplomatlara özbaşına seçki məntəqələrinə yaxınlaşmamalarını tövsiyyə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti