Bu ay 12 nəfər dəm qazından zəhərlənib

Bu ay 12 nəfər dəm qazından zəhərlənib
  08 Noyabr 2016    Oxunub:2038
Noyabr ayının ilk həftəsində dəm qazı zəhərlənməsi ilə bağlı 12 müraciət edib.
Bunu AzVision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

O bildrib ki, zəhərlənmə ilə müraciət edən xəstələrdən 8-i mərkəzə qəbul olunub: “Dəm qazından zəhələnənlərin vəziyyəti ağır deyil, bəziləri yüngüldür. 3 nəfərin vəziyyəti orta ağır olub, onlar bir gecə xəstəxanada qalıb, səhəri gün evə buraxılıblar.

Noyabrın əvvəlindən göbələk zəhərlənməsi ilə bağlı 2 müraciət olub. Eyni zamanda dərmanların əlavə təsiri, allergik reaksiya ilə bağlı 5 nəfər müraciət edib”.

Baş toksikoloqun sözlərinə görə, oktyabr ayında 28 nəfər dəm qazı zəhərlənməsi ilə onlara müraciət edib, həmin şəxslərdən 21-i mərkəzə qəbul olunub. Zəhərlənən şəxslərdən 3-ü azyaşlı uşaq olub.

“Mərkəzdə dəm qazı zəhərlənməsi ilə qəbul olunan xəstələr arasında ölüm hadisəsi qeydə alınmayıb. Ümnumilikdə oktyabr ayında Mərkəzə dəm qazından ölən 2 nəfərin meyiti gətirilmişdi. Digərləri barədə isə məlumatlı deyilik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti