ABŞ-da seçkilər niyə çərşənbə axşamı keçirilir?

ABŞ-da seçkilər niyə çərşənbə axşamı keçirilir?
  08 Noyabr 2016    Oxunub:5382
Bu gün ABŞ-da yeni prezident seçkiləri keçirilir. Amerikalılar sayca 45-ci prezidenti seçirlər.

Prezident kürsüsü uğrunda mübarizə Demokratlar Partiyasının namizədi, sabiq dövlət katibi Hillari Klintonla Respublikaçıların nümayəndəsi Donald Tramp arasında gedir.

ABŞ-da keçirilən seçkilərlə bağlı maraqlı nüans diqqətdən yayınmır. Bu ölkədə prezident seçkiləri hər dəfə niyə məhz çərşənbə axşamları keçirilir? Bunun özəl səbəbləri var.

Bu ənənənin kökü 1800-cü illərə gedib çıxır. Həmin illərdə Kaliforniya, Florida və Texas kimi ştatlar hələ yaradılmadığından ABŞ Konqrensi seçki günü müəyyənləşdirməli idi. Uzaq bölgələrdə kənd təsərrüfatı ilə məşğul olan amerikalıların şəhər mərkəzlərinə atla səsverməyə gəlməsi üçün 3 günə vaxt lazım idi.

Həftəsonu dini ayinləri yerinə yetirən insanlar nəzərə alındığından seçkilərin keçirilməsi üçün çərşənbə axşamı və çərşənbə günləri ən uyğunu gün hesab olunurdu. Çərşənbə günlərində bir çox şəhərlərdə bazarlar açıldığından çərşənbə axşamı seçkinin keçirilməsinə qərara alınıb. O vaxtdan başlayaraq ABŞ-da prezident seçkiləri hər dörd ildən bir çərşənbə günü keçirilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti