Türkiyədən Almaniyaya FETÖ ittihamı

Türkiyədən Almaniyaya FETÖ ittihamı
  08 Noyabr 2016    Oxunub:1914
“Türkiyədə olan terrorçulara ən çox Almaniya dəstək verir”.
AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, rəsmi Berlin davamlı olaraq anti-Türkiyə mövqeyində olanları qəbul edir: “Almaniyadan terrorçu PKK qruplaşmasının bu ölkədəki 4 min üzvünü istədik. Birini də vermədilər. PKK Almaniyanın hər şəhərində Türkiyədə terrorçuluq fəaliyyətilə məşğul olanlar üçün pul toplayır. Biz deyirik: Türkiyə tərəfindən pis münasibət görmüsünüz? Problem nədədir? Bəlkə bizə paxıllıq edirsiniz. Almaniya FETÖ-ya da qucaq açıb”

XİN rəhbəri əlavə edib ki, Türkiyə Almaniya ilə bu problemləri müzakirə etməyə hazırdır, amma bunun üçün ölkələr bir-birilərinə hörmət etməlidir.

Çavuşoğlu “Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayeri telefonda gözlətdiyiniz doğrudurmu” sualına cavabında: “Onun mənimlə danışmaq istədiyi zaman başqaları ilə görüşmüş ola bilərəm. Bütün hallarda nə zaman imkanımız olsa, onda görüşərik”- deyə cavablandırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti