Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi

Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi
  08 Noyabr 2016    Oxunub:1882
Avropa İttifaqı Türkiyədə ölüm cəzasına moratoriumun götürülməsinə və müxalifətdən olan deputatların həbsinə görə ciddi narahatdır.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Frederika Moqerininin bəyanatda deyilir.

Onun fikrincə, ölüm hökmünün bərpası haqqında parlamentə verilən təklif öyrənilməli, o cümlədən sosial şəbəkələrin bağlanması, “Cumhuriyet” qəzetinin baş redaktoru daxil olmaqla onun əməkdaşlarının həbsi, söz azadlığına məhdudiyyətlərin davam etməsi, həmçinin bir neçə deputatın tutulması narahatlıq hissi doğurur.

“Bu, insan hüquqlarına riayət olunmanı və hüququn aliliyini zəiflədə bilər, eləcə də Türkiyədə parlament demokratiyasını nüfuzdan sala bilər”.

Aİ Türkiyəyə demokratik normaların qorunması və insan hüquqlarının müdafiəsi ilə bağlı çağırış edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti