İtaliya yenidən Qarabağda müharibə istəmir

İtaliya yenidən Qarabağda müharibə istəmir
  08 Noyabr 2016    Oxunub:1655
İtaliya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini dəstəkləyir.
AzVision.az xəbər verir ki, bu barədə İtaliya XİN rəhbəri Paolo Gentiloni İrəvanda erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında bildirib.

Bir neçə aydan sonra İtaliyanın ATƏT-in üçlüyündə yer tutacağını, gələcəkdə isə təşkilata sədrlik edəcəyini deyən nazir qeyd edib ki, rəsmi Roma "dondurulmuş" münaqişələrin həllinə böyük əhəmiyyət verir.

“İtaliya təkid edir ki, Qarabağ münaqişəsi sülh və diplomatik yolla həll olunmalıdır. Biz regionda hərbi əməliyyatları istəmirik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti