Gülər Əhmədovanın apelyasiya şikayətinə baxıldı YENİLƏNİB

Gülər Əhmədovanın apelyasiya şikayətinə baxıldı YENİLƏNİB
  15 Avqust 2013    Oxunub:1299
Vəkil Raqif Mustafayev Əhmədovanın səhhətindən xəbərsizdir
Sabiq deputat Gülər Əhmədovanın apelyasiya şikayətinə baxılmayıb. Bu barədə AzVision.az-a açıqlamasında G.Əhmədovanın vəkili Raqif Mustafayev bildirib.

Əhmədovanın səhhətinin necə olmağına gəlincə, R.Mustafayev məlumatsız olduğunu deyib.


G. Əhmədovanın vəkili Raqif Mustafayev bildirib ki, bir qədər əvvəl Bakı Apellyasiya Məhkəməsində sabiq deputatın apelyasiya şikayətinə baxılıb.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. R. Mustafayev bildirib ki, prosesdə G. Əhmədovanın özü də iştirak edib. O, çıxışında məhkəmənin onun barəsində çıxardığı qərarı ədalətsiz adlandırıb.

Qeyd edək ki, həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bir müddət əvvəl Səbail rayon Məhkəməsində istintaq orqanının sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi təqdimata baxılıb. Məhkəmə istintaq orqanının vəsatətini təmin edərək, G.Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti