Başika İŞİD-dən azad olunub

Başika İŞİD-dən azad olunub
  08 Noyabr 2016    Oxunub:1954
İraqın Başika qəsəbəsi terrorçu İŞİD qruplaşmasından azad olunub.
AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçulara qarşı əməliyyatlarda İraqın şimalındakı kürd qoşunları iştirak edib.

Məlumata görə, bir qrup İŞİD silahlısı qəsəbədəki evlərdən birində gizlənərək müqaviməti davam etdirir. Əməliyyat nəticəsində 13 terrorçu zərərsizləşdirilib.

Hazırda Başikanın minadan təmizlənməsi əməliyyatı həyata keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti