`Saakaşvili məğlubiyyətinə görə istefa verib` - Poroşenko

`Saakaşvili məğlubiyyətinə görə istefa verib` - Poroşenko
  08 Noyabr 2016    Oxunub:3638
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Gürcüstanda keçirilən parlament seçkilərində partiyasının məğlubiyyətinə görə istefa verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilinin istefasına münasibət bildirirkən qeyd edib.

Onun sözlərinə görə, noyabrın 9-da Ukrayna hökuməti Saakaşvilinin istefasını qəbul edəcək: “Bəziləri Gürcüstandakı parlament seçkilərində məğlubiyyətdən sonra fəaliyyət sahəsinin dəyişərək, Ukraynada daha aktiv siyasətlə məşğul olmaq qərarına gəlib”.

Qeyd edək ki, noyabrın 7-də Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb. Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonu bölgədə cinayətkar dəstələri himayə etməkdə ittiham edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti