ABŞ-da seçkilər: Onlayn-reportaj – YENİLƏNİR

  09 Noyabr 2016    Oxunub : 4234
ABŞ-da seçkilər: Onlayn-reportaj – YENİLƏNİR
CNN-nin məlumatına görə, Nyu-Yorkda rəqibinə qalib gəlir.

İlki nəticələrə əsasən Klinton Nyu-Yorkda səslərin 72,3%-ni, Tram isə 25,2%-ni qazanıb.

Florida ştatında isə Tramp liderlik edir.

(07:44)

***

ABŞ-ın Kentukki və İndiana ştatlatında saat Bakı vaxtı ilə 03:00 ilk seçki məntəqələri bağlanıb.

Saat 03:30-da Oqayoda, 04:00-da Florida, Virginia və digər vacib ştatlarda, 08:00-da Qərb sahillərində, 09:00-da isə Alaskada məntəqələr bağlanacaq.

(04:00)

***

ABŞ-da kiçirilən prezident seçkilərində Demokratlar partiyasında prezidentliyə namizəd Hillari Klinton öz rəqibini Donald Trampı seçicilər arasında etimadın səviyyəsinə görə qabaqlayır.

"RİA Novosti" xəbər verir ki, sorğuda iştirak edənlərin 38 faizi Klintona inandıqlarını bildiriblər, 32 faizi isə Trampa.

***

Prezidentliyə namizəd Donald Trampın oğlu Erik Tramp seçkilərdə atasına səs verdiyi seçki bülleteninin fotosunu paylaşıb.

Onun bu addımı tənqid hədəfinə tuş gəlib. Erik Trampın “Atam üçün səs vermək inanılmaz bir hissdir. O, ABŞ üçün mühüm işlər görəcək”-deyə atdığı tvit Klinton tərəfdarlarını qıcıqlandırıb. Onun seçki qanunvericiliyini pozduğu iddia edilir. Qeyd edilir ki, qanunla hər hansı namizəd üçün seçki məntəqəsində təbliğat aparmaq qadağandır. Seçki məntəqəsindən ən azı 30 metr aralıda təbliğat aparmaq olar.



(23:57)

***

ABŞ-ın Kaliforniya və digər qərb ştatlarında səsvermə başlayıb.

Bakı vaxtı ilə 19.00-da Aydaho, Kaliforniya və Nevada ştatlarında seçkiyə start verilib. Səsvermə Alyaska ştatında 20.00-da, Havay adalarında isə 21.00-da başlayıb.



(21:50)

***

Hillari Klintondan sonra Respublikaçılar Partiyasından ABŞ prezidentliyə real namizəd olan Donald Tramp səsvermədə iştirak edib.

Tramp Nyu-York şəhərində yerləşən seçki məntəqəsinə həyat yoldaşı ilə birlikdə gələrək səs verib.

Seçki məntəqəsinin qarşısında toplanan Klinton tərəfdarları Trampa etiraz ediblər. Trampın əleyhinə `Nyu-York sənə nifrət edir` deyə şüarlar səsləndirilib.





(21:24)

***

Namizədlərin hansı ştatda nə qədər səs aldıqlarını BURADAN canlı şəkildə izləmək mümkün olacaq.

19:00

***

Bu da ABŞ-da seçki bülleteni və səsvermə... Kifayət qədər mürəkkəb və dolaşıqdır:



18:33

Donald Trampın oğlu MSNBS efirində bəyan edib ki, əgər seçkilər azad və ədalətli olsa, atası nəticələri tanıyacaq:




17:55

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton öz əri, keçmiş prezident Bill Klintonla birlikdə Nyu-Yorkda səs verib. Səsverdikdən sonra Klinton seçiciləri ilə söhbət edib. O, prezident olmağın böyük məsuliyyət olduğunu və prezident seçiləcəyi təqdirdə hər şeyin gözəl olması üçün əlindən gələni edəcəyini söz verib.

17:33

Bakı vaxtı ilə saat 17:00-dan ABŞ-ın Mərkəzi hissəsində seçki məntəqələri açılıb. Ayova, Alabama, Arizona, Viskonsin, Kanzas, Missisipi, Texas və s. ştatlarda səsvermə gedir.

AzVision.az

Teqlər: