Tramp liderdir - İlk nəticələr (Yenilənib)

 Tramp liderdir - İlk nəticələr (Yenilənib)
  09 Noyabr 2016    Oxunub:2258
ABŞ kütləvi informasiya vasitələrinin məlumatına görə, exit-polların və indiyədək hesablanmış bülletenlərin nəticələrinə əsasən, Donald Tramp 28 ştatda üstünlüyü ələ alıb.
***

ABŞ-da prezident seçkilərində bülletenlərin hesablanmış nəticəsinə görə Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderdir.

O, səslərin 49,9 faizini, Demokratlar Partiyasından namizəd Hillari Klinton isə 46,2 faizini toplayıb.

Donald Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə qazanmağa yaxındır. Ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə o, 49,2 faiz, Hillari Klinton isə 47,6 faiz səs toplayıb.

***

(05:07)

Donald Tramp ABŞ-da prezident seçkilərində bülletenlərin hesablanmış 5 faizinin nəticəsinə görə liderdir.

Bülletenlərin hesablanmış 5 faizinin nəticəsinə görə Respublikaçılar Partiyasından namizəd olan D.Tramp 52,2 faiz, demokrat Hillari Klinton isə 44,4 faiz səs toplayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti