Seçki şoku yaşayan Klinton: `Təşəkkür edirəm...`

Seçki şoku yaşayan Klinton: `Təşəkkür edirəm...`
  09 Noyabr 2016    Oxunub:2642
“Seçkinin nəticələri nə olursa-olsun, hər şeyə görə təşəkkür edirəm”.
AzVision.az-ın məlumatına görə, Demokratlar Partiyasının namizədi Hillari Klinton seçkidə Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampın sürpriz şəkildə liderliyi ələ keçirməsinin ardından rəsmi “Twitter” hesabından belə bir açıqlama ilə çıxış edib.

O, seçki kampaniyasını aparan komandasına təşəkkür edib: “Bu axşam nə olursa-olsun hər şeyə görə təşəkkür edirəm. Sizinlə qürur duyuram”.

Qeyd edək ki, qeyri-rəsmi nəticələrə görə hazırda Donald Tramp 254 səslə irəlidədir. Hillari Klinton isə 209 səs qazana bilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti