Bu il büdcəyə 4 milyard manat vəsait daxil olub

Bu il  büdcəyə 4 milyard manat vəsait daxil olub
  15 Avqust 2013    Oxunub:1088
Bu ilin yanvar-iyul aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 104 milyon 697,5 min manat təşkil edib.
Nazirliyin Analitik-informasiya şöbəsindən AzVision.az -a verilən məlumata görə, bu məbləğin 41%-i mənfəət vergisinin, 23,1%-i əlavə dəyər vergisinin, 11,6%-i şəxslərin gəlir vergisinin, 7,3%-i aksizlərin, 17 %-i isə digər vergilərin payına düşür.

Qeyri-neft sektoru üzrə büdcəyə 2 milyard 143 milyon 913,7 . manat vəsait daxil olub.

Yanvar-iyul aylarında ölkə üzrə 45 628 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 069 (63,7%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin avqustun 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 520 986-ya bərabər olub.

2013-cü ilin yanvar-iyul ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,7 faiz təşkil edib.


Teqlər:  





Xəbər lenti