Avropa üçün `soyuq duş` - Trampı təbrik edirlər

Avropa üçün `soyuq duş` - Trampı  təbrik edirlər
  09 Noyabr 2016    Oxunub:2557
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəyə çox yaxın olması Avropada “soyuq duş” effekti yaradıb.
AzVision.az xəbər verir ki, Fransanın ABŞ-dakı səfiri Jerar Araud Trampın öndə getməsini: “Brexit və bu seçkilərdən sonra artıq hər şey mümkündür. Gözlərimizin önündə bir dünya yıxılır” kimi qiymətləndirib.

Almaniyanın müdafiə naziri Ursula fon der Leyen isə “Hadisələrin inkişafını gördükdən sonra şok yaşayırıq. Amma, məncə, Donald Tramp bilir ki, bu səsvermə ona görə yox, hakim siyasi elitanın Vaşinqtonun apardığı siyasətinə qarşı səsverməsidir”.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol özünün “Twitter” səhifəsində yazıb: “Amerikanın gələcəyi ilə bağlı indiki kimi bu qədər bədbin olmamışam”.

Fransa “Milli cəbhəsinin” lideri Marin Le Pen Donald Trampı təbrik edib.

Tükiyə XİN də prezident seçkilərinin ilkin nəticlərinə münasibət bildirib: “Seçkilərin nəticəsi ABŞ xalqının öz seçimidir. ABŞ xalqı kimi seçirsə, ona hörmətlə yanaşırıq. ABŞ-Türkiyə münasibətləri şəxslərdən asılı deyil. Türkiyə qarşı tərəflə əlaqələrini davam etdirməyə hər zaman hazırdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti