`Klinton məni təbrik etdi` - Trampın çıxışı (VİDEO)

`Klinton məni təbrik etdi` - Trampın çıxışı (VİDEO)
  09 Noyabr 2016    Oxunub:7668
ABŞ-ın yeni seçilmiş prezidenti respublikaçı Donad Tramp seçiciləri önündə çıxış edir.

AzVision.az xəbər verir ki, Tramp rəqibi Hillari Klintonun ona zəng edərək təbrik etdiyini bildirib.

Tramp siyasi opponentləri ilə əməkdaşlıq edəcəyini bildirib. O, ABŞ-da infrastrukturu yeniləyəcəyini və işsizlik problemini həll edəcəyini söz verib. Yeni seçilmiş prezident qeyd edib: "Mən bütün amerikalıların prezidenti olacağam. ABŞ-ı yenidən möhtəşəm etməyin vaxtı çatıb. ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, düşmənçilik, müharibə yox, dostluq axtaracaq, bizimlə yaxşı münasibətlər qurmaq istəyən ölkələrlə biz də yaxşı münasibətlər quracağıq. İnanın mənə, bütün ölkələrlə əlaqələrimiz yaxşı olacaq".

Tramp çıxışının sonunda seçicilərinə öz minnətdarlığını bildirərək səhnədən ayrılıb.

Trampın çıxışını təqdim edirik:



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti