Eldar Namazov və Sülhəddin Əkbər ABŞ səfirliyinə şikayətə getdilər

Eldar Namazov və Sülhəddin Əkbər ABŞ səfirliyinə şikayətə getdilər
  15 Avqust 2013    Oxunub:1301
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvləri Sülhəddin Əkbər və Eldar Namazov cümə axşamı ABŞ-ın Azərbaycan səfirliyində görüş keçiriblər.

Bu haqda Turan-a MŞ üzvü S.Əkbər bildirib.

O qeyd edib ki, görüşdə danışıqlar Milli Şuranin keçirilməsini nəzərdə tutduğu 18 avqust aksiyası ilə bağlı olub. MŞ təmsilçiləri rəsmi Bakının sərbəst toplaşmaq azadlığını tam məhdudlaşdırmasını ABŞ diplomatlarının nəzərinə çatdırıblar. Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini birmənalı olaraq qadağan halına salındığı vurğulanıb. Rəsmi Bakının aksiyanın keçirilməsi üçün əlverişli olmayan “20-ci sahə”ni göstərəcəyi deyilib. Səfirlik təmsilçilərinə Milli Şuranın bundan imtina etməyəcəyi qeyd olunub. Qurum təmsilçiləri bu xüsusda səfirlikdən vətəndaşların aksiyaya gəlişinə mane olmamağı rəsmi Bakının nəzərinə çatdırmağı xahiş ediblər.

Öz növbəsində ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Berek Hoqan aksiyanın monitorinqini keçirəcələrini və hökumətlə bu xüsusda təmas quracaqlarını söyləyib.


Teqlər:  





Xəbər lenti