Kaliforniya ABŞ-dan ayrılmaq istəyir - Kampaniya başladı

Kaliforniya ABŞ-dan ayrılmaq istəyir - Kampaniya başladı
  09 Noyabr 2016    Oxunub:3161
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanması demokratların üstünlük təşkil etdiyi əyalətlərdə insanları çaş-baş salıb.
AzVision.az xəbər verir ki, Kaliforniya ştatının sakinləri sosial mediada ABŞ-dan ayrılmaq kampaniyasına başlayıblar.

Əyalətin dünyada altıncı böyük iqtisadiyyata malik olan ərazi olduğunu deyən seçicilər Kaliforniyanın ABŞ-dan ayrılmasını istəyir.

Bundan əlavə ştatının Oklend və Berkli şəhərlərində, eləcə də Oreqon Universitetində etiraz aksiyaları keçirilib. Oklenddə baş tutan etiraz aksiyasında təxminən 200 sakin iştirak edib. Etirazçılar “Tramp bizim prezident deyil!” şüarı səsləndiriblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti