İlham Əliyev və Poroşenko arasında telefon danışığı olub
Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər.
Ukrayna Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Öz növbəsində Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu qeyd edib.
Petro Poroşenko Prezident İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
AzVision.az