Erməni mafiyasının FBI-ı mat qoyan maxinasiyası – DOSYE

  10 Noyabr 2016    Oxunub : 7961
Erməni mafiyasının FBI-ı mat qoyan maxinasiyası – DOSYE
Bəhram Çələbi
AzVision.az üçün

Bir neçə gün əvvəl Alman mediası xəbər yaydı ki, Erfurt şəhərində erməni mafiyasına qarşı geniş əməliyyat başlayıb. Məlum olub ki, qiymətli metalların, daş-qaşın, İran və Əfqanıstandan gətirilən narkotikin Qərbi Avropaya və hətta Amerikaya keçirilməsində Ermənistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri iştirak edirlər.

SSPİ dağıldıqdan sonra Almaniyanın cinayət axtarış polisi ölkənin bir sıra şəhərlərində erməni mafiyasını “ovlamaqla” məşğuldur. Bu müddət ərzində 70 mindən çox telefon danışığı dinlənilib, avtomobillər və çoxsaylı şübhəlilər izlənilib.

Ən maraqlısı və təəccüblüsü budur ki, dünyada öz operativliyi ilə məşhur olan alman polisi nədənsə erməni mafiyasına qarşı hələlik o qədər də uğurlu nəticələr verməyən əməliyyatın kod adını “Bakı” qoyub.

Niyə? Ola bilsin, bu, mafiyanın liderləri arasında Bakıdan olan ermənilərin mövcudluğu ilə bağlıdır. Ötən əsrin səksəninci illərində Bakıda epməni “vor zakon”ları at oynadırdılar və onların ayamaları – Rudik Bakinskiy, Vaçikos Bakinskiy ( “Şestipalıy”), Aşot Zavokzalnıy ( Bakinskiy) idi.

Həmin günlərdə “Moskovskiy komsomoles” qəzeti yazırdı:

“Война гангстеров завершилась в московском кафе

Один из самых влиятельных "воров в законе" Рудольф Оганов, по кличке Рудик Бакинский, был убит в конце прошлой недели в Москве. Для оперативников гибель могущественного "криминального генерала" не стала большой неожиданностью - несколько последних лет Рудик вел ожесточенную борьбу за сферы влияния на юге России и конфликтовал с другим влиятельным "законником" - Асланом Усояном (дед Хасан). Во время многочисленных разборок погибли десятки людей Оганова, а за самим мафиози убийцы устроили настоящую охоту.
11 февраля Рудик прилетел в Москву из Минеральных Вод и по пути из аэропорта заехал вместе со столичным "авторитетом" Юрием Федосеевым в кафе "Мир", расположенное на 51-м км МКАД. Около 18.30 в помещение вошли шестеро вооруженных бандитов, которые почти сразу открыли по сидевшим за столиком мафиози шквальный огонь. В Оганова попало более 40 пуль, а Федосеев получил два тяжелых ранения в живот и сейчас находится в больнице.


Mafiya ovu çərçivəsində keçirilən əməliyyatlardan birində polis şübhəli avtomobili yoxlamaq üçün saxlayıb. Avtomobildən düşən iki Ermənistan vətəndaşı qışqıra-qışqıra nəsə danışmağa, telefonla kimlərəsə məlumat verməyə başlayıblar. Çox keçmədən hadisə yerinə içərisində ermənilər olan daha bir neçə avtomobil gəlib, vəziyyət gərginləşib və polis ancaq köməyə əlavə qüvvələr çağırandan sonra vəziyyəti nəzarət altına ala bilib.

Təhqiqatlar göstərib ki, erməni mafiyası Almaniyanın ən iri kriminal qruplaşmalarından biridir. Qruplaşmanın bütün ölkə boyu yayılmış şəbəkəsi var. Ermənilərin Çexiya, Hollandiya, Belçika, İspaniya, İtaliya və Amerikada da mafiya qrupları mövcuddur. Erməni mafiyası Almaniyada adam oğurluğu, narkoticarət, qadın alveri, reket və digər cinayətlərlə məşğul olur.

Erməni mafiyasının dövlət məmurları ilə əlbir işləməsi də köhnə “ənənə”dir. Bu, hələ Qərbdə ilk erməni mafiyalarının faş edildiyi dövrdən bilinir.

Şadiryan qardaşlarının Amerikadakı işləkləri

...Şagiryan qardaşlarının az bir zamanda varlandığından xəbər tutduqda FBI agenti Co Devidsonun təəccübü birə-beş artır. Demə, həmin qardaşlar hələ iki il əvvəl çörəkpulunu səkilərin kənarını rəngləməklə, küçələri süpürməklə qazanırlarmış.

Səs-küylü “Qolden ADA” işi prosesini həm Amerika, həm də Rusiyanın xüsusi xidmət orqanları araşdırmış və bu uğurlu əməkdaşlıq zamanı hər iki tərəf biri-birlərinin peşəkarlığını dərindən qiymətləndirmək imkanına malik olmuşlar. “Y.S.Nyus end uorld riport” jurnalı Andrey Kozlenok və Şagiryan qardaşlarının işini “müasir oğru maxinasiyaları tarixində ən möhtəşəm” adlandırmışdı.

1993-1994-cü illərdə almazların cilalanması və satışıyla məşğul olan San-Fransiskonun “Qolden ADA” şirkəti RF-nin Qiymətli Metallar kompani-yasıyla bağladığı sazişə görə, bu ölkədən 180 milyon ABŞ dolları dəyərində almaz, çar dövrünün qızıl sikkələri, gümüş məmulatlar və digər qiymətli metallar alır. Kompaniya aldığı almazları brilyant şəklində emal etdikdən sonra Rusiyaya qaytarmalı idi. Lakin qiymətli daş-qaşlar Rusiyaya qayıtmır.



Bununla yanaşı, 1993-cü ildə “Qolden ADA” kompaniyası FBI-ın diqqət mərkəzinə düşür. Belə ki, Federal Büronun San-Fransiskodakı şöbəsinə bir qrup Rusiya mühacirinin bər-bəzəkli avtomobillər, yaxtalar, təmtəraqlı malikanələr, mənzillər, reaktiv təyyarə və hətta Şimali Kaliforniyada yanacaqdoldurma stansiyaları şəbəkələrinin alınması üçün sağa-sola külli miqdarda nağd pul xərclədikləri barədə məlumat daxil olur. Həmin alıcılar isə "Qolden ADA" firmasının ortağı - rusiyalı Andrey Kozlenok və onun amerikalı şərikləri Aşot və David Şagiryan qardaşları idilər. Şaginyan qardaşları hələ Ermənistanda yaşayarkən valyuta və qiymətli metallar alverində şübhəli bilinərək saxlanılmışdılar.

“Qolden ADA” firmasına göstərilənlərdən daha çox qiymətli metalların, daş-qaşın daxil olması şübhəsiz idi.

Araşdırmalarımdan məlum olurdu ki, həmin illərdə SSRİ-nin hər yerindən valyuta xaricə ötürülmək üçün məhz Ermənistana gətirilir. Qiymətli metalların, daş-qaşın xaricə keçirilməsində Ermənistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri iştirak edirlər.

Kompaniyanın dosyesini əldə edən FKB-ın təcrübəli agenti Co Devidson ermənilərin fəaliyyətindən şübhələnməyə başlayır. Şagiryan qardaşlarının az bir zamanda varlandığından xəbər tutduqda isə Devidsonun təəccübü birə-beş artır. Demə, həmin qardaşlar hələ iki il əvvəl çörəkpulunu səkilərin kənarını rəngləməklə, küçələri süpürməklə qazanırlarmış.

Onların yaratdığı firma qeydiyyatdan 1992-ci ilin oktyabrında keçsə də, RF-nin Baş Prokurorluğu Rusiyadan brilyantların qanunsuz daşınılmasına görə cinayət işini yalnız 1995-ci ildə qaldırır. Belə çıxır ki, amerikalılar bu barədə hələ iki il əvvəl xəbər tutmuşdular.

Amerikanın gömrük xidmətləri belə böyük həcmdə daşqaşın yola salınmasının qanuni olub-olmamasını yoxlamaq üçün İnterpola müraciət etdikdə Beynəlxalq polis təşkilatı həmin müraciəti RF DİN-nin iqtisadi cinayətlərə dair Baş İdarəsinə yollayır. Moskvada polkovnik Viktor Jirovun başçılıq etdiyi istintaq qrupu “Qolden ADA”nın paytaxtdakı şöbəsində axtarış apardıqdan sonra məlum olur ki, “Roskomdraqmet”in sədri Biçkovun sərəncamıyla ABŞ-a 88 milyon dollar dəyərində cilalanmamış almaz partiyası göndərilib.

Co Devidson rusiyalı həmkarının həyatına görə də narahatlıq keçirirdi. Erməni mafiozlar polkovniki aradan götürə bilərdilər.

Qeyd edək ki, bu narahatçılıq əbəs deyildi. Belə ki, Jirov Moskvaya qayıtdıqdan sonra idmançı bədənli cavan oğlanlar ona hücum edərək vəhşicəsinə döymüş və “Qolden ADA” işini dayandırmayacağı təqdirdə öldürəcəkləri ilə hədələmişdilər.

Artıq okeanın o tayında hərəkətə başlamaq lazım gəldiyindən Jirov FBI-ın Moskvadakı nümayəndəsi Maykl Pretoroya müraciət etdikdə sonuncu Rusiyalı müstəntiqə FKB-nin qonağı qismində San-Fransiskoya uçmağı təklif edir.

Jirovun Amerikada gərgin istintaq aparmasına baxmayaraq, erməni qardaşların yaxınlarının işə qarışması nəticəsində bu sahədə heç nə əldə edə bilmir. Lakin Co Devidson onun peşəkarlığına heyran qalır. Viktorla mütəmadi təmasda olan Co anlayır ki, bu şəxs cinayətkarlıqla mübarizə ideyasıyla alışıb-yanır. Amma Co rusiyalı həmkarının həyatına görə də narahatlıq keçirirdi. Erməni mafiozlar onu aradan götürə bilərdilər.

Qeyd edək ki, bu narahatçılıq əbəs deyildi. Belə ki, Jirov Moskvaya qayıtdıqdan sonra idmançı bədənli cavan oğlanlar ona hücum edərək vəhşicəsinə döymüş və "Qolden ADA" işini dayandırmayacağı təqdirdə öldürüləcəyi ilə hədələmişdilər. Jirov bir müddət xəstəxanada müalicə olsa da, bu istintaqın gedişatına mane olmur. Tezliklə Jirovun qrupunda on beş nəfər fəaliyyət göstərməyə başlayır.

FKB isə erməni qruplaşmasının dələduzluqla və hədə-qorxu ilə pul tələb etməsi, oğurluqla məşğul olmasına dair kifayət qədər dəlil-sübutlar əldə edib bu işin Moskva qrupu tərəfindən tezliklə açılacağını düşünsə də, ABŞ-nın daxili gəlirlər xidməti gözlənilmədən “Qolden ADA”nın Kozlyonoka aid Kaliforniyadakı əmlakını müsadirə edir və bu addım da Amerika tərəfinin qaldırdığı cinayət işinə son qoyur.



Lakin Devidson yenidən Jirova köməklik göstərməkdə davam edir və ikinci dəfə Amerikaya yollanan rusiyalı müstəntiq elə bir sübutlarla geri qayıdır ki, bu da 1996-cı ilin fevralında Bıçkovun həbsinə gətirib çıxarır. Amma Bıçkov tezliklə amnistiya yolu ilə azadlığa buraxılır. “Qolden ADA” firmasının yaradıcılarından biri Kozlenok isə Belçikaya qaçıb bir müddət gizləndikdən sonra Yunanıstana keçərkən İnterpolun Rusiya bürosunun xahişi ilə həbs olunur.

15 may 1998-ci il tarixində Yunanıstanın Ali Məhkəməsi Rusiyadan 180 milyon dollar məbləğində almaz və digər qiymətli metalların qanunsuz daşınmasına görə “əsrin dələduzu” Andrey Kozlenokun Rusiyaya verilməsi barədə hökm çıxarır. Həmin prosesdə polkovnik Viktor Jirov da iştirak edirdi.

Proseslərdən birində Kozlenok bildirirdi ki, “Qolden ADA”nın bütün müqavilələri Rusiya hökumətinin razılığı ilə həyata keçirilərək qanunlara uyğun imzalanıb. Onun sözlərinə görə, şəxsən özü hər hansı bir məbləğdən istifadə etməyib və heç bir razılaşmanı imzalamadığından onun ünvanına yönəldilmiş hər hansı ittiham əsassızdır. Kozlenok qeyd edirdi ki, onda elə mühüm məlumatlar var ki, açıqlanarsa, Rusiya hökumətinin nüfuzuna xələl gətirə bilər. Əgər Afina onu Moskvaya təhvil verərsə, onun həyatı üçün təhlükə yaranar. Hakimləri əmin etmək üçün Kozlenok və onun vəkilləri Kozlenokla sıx əlaqədə olmuş Sergey Dovbışın fevralın 20-də qazamatdakı müəmmalı ölümünü misal çəkirdilər.

Həqiqətən də, böyük pullar bu fırıldaqçılığı əsl trillerə çevirmişdi. Sergey Dovbış Kozlenokun köməkçisi idi. Əməliyyatçılar Kozlenokun Rusiyadakı ofisində axtarış apardıqda kodlu qıfılı olan seyfi aça bilməmişdilər. Müstəntiqin fərziyyəsinə görə, orada 50 kiloqramdan çox qızıl olmalıydı. Kodu bilənlərdən biri Sergey Dovbış gecəliklə seyfi açıb qızılları dostuna məxsus qarajda basdıraraq aradan çıxır. Tezliklə həbs olunur və prokuror məhkəmədən onun üçün 10 il həbs cəzası kəsilməsini tələb edir. Lakin məhkəmə prosesi davam edən zaman Dovbış özünü asmaqla intihar edir. Fərz olunurdu ki, həqiqəti söyləməməsi üçün ona bu işdə kimlərsə “kömək” etmişdilər. “İntiharda” erməni barmağının olduğu söylənilirdi.

Deyilənlərə görə böyük pullar - böyük illüziyalardır. Andrey Kozlenok oğurladığı pulları daşınmaz əmlaka: Antverpendəki bərbəzəkli evə, Kaliforniyanın Taxo gölü sahilindəki bağa, San-Fransiskodakı ofisə çevirmişdi. O, daha da varlanıb dünya şöhrəti qazanmağı arzulayırdı. Buna baxmayaraq, cənab Kozlenok qalmaqal sayəsində məşhurlaşdı və uzun müddət "Matrosskaya tişina" adlanan qazamatda oturmaqla müxtəlif xəstəliklər tapdı.

Bəs görəsən, bu fırıldaqçı sazişlərin gedişatında Rusiyanın itirdiyi pulların taleyi necə olacaq və onları geri qaytarmaq nə dərəcədə reallaşacaq?

Andrey Kozlenok uzunmüddətli həbs cəzası alsa da, onun amerikalı şərikləri - sabiq küçə təmizləyiciləri - Aşot və David Şagiryan qardaşları isə okeanın o tayındakı diasporanın aktiv həkətləri sayəsində istintaqdan yayınmağı bacardılar.

Teqlər: