Fransa səfirliyində partlayış olub

Fransa səfirliyində partlayış olub
  10 Noyabr 2016    Oxunub:1482
Naməlum şəxslər Fransanın Yunanıstandakı səfirliyinə qumbara atıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, motoskletlə hərkət edən iki nəfər səfirliyin yaxınlığından keçərkən əllərindəki qumbaranı səfirlik tərəfə atıblar.

Qumbara səfirliyin girişində partlayıb. Partlayış nəticəsində səfirliyi mühafizə edən polis yaralanıb. Hadisəni tördənləri hələ ki tutmaq mümkün olmayıb. Hazırda polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, səfirlik Afinann mərkəzində Prezident Qvardiyasının yaxınlığında yerləşir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti