Trampa etiraz edən 30 nəfər tutulub - ABŞ-da gərginlik

Trampa etiraz edən 30 nəfər tutulub - ABŞ-da gərginlik
  10 Noyabr 2016    Oxunub:2104
Nyu-York polisi Donald Trampın prezident seçilməsinə qarşı çıxaraq aksiya keçirlən ən azı 30 etirazçını saxlayıb.
Bu barədə AzVision.az ABŞ KİV-nə istinadən xəbər verir.

Həbs olunanların böyük əksəriyyəti qarşıdurmalar zamanı təşkilatlanmış formada olub.

Qeyd edək ki, ABŞ-ın Sietl şəhərində Donald Trampın prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyası zamanı atışma baş verib. Silahlı insident zamanı 5 nəfər xəsarət alıb.

Hadisə yerinə xeyli sayda polis cəlb edilib. İnsidentin səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti