Sarkisyan Trampa Qarabağdan yazdı

Sarkisyan Trampa Qarabağdan yazdı
  10 Noyabr 2016    Oxunub:3083
Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sarkisyan Trampa məktubunda Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Erməni prezident vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ rolunu yüksək qiymətləndirir.

“Əminəm ki, sizin prezidentliyiniz dövründə ABŞ-Ermənistan əlaqələri güclənməkdə davam edəcək və müxtəlif sahələrdə yeni nailiyyətlər əldə ediləcək”, - deyə Sarkisyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan ABŞ-dakı seçkilərdə Respublikaçı Donald Trampı deyil, demokratların namizədi, sabiq dövlət katibi Hillari Klintonu dəstəkləyirdi.

Erməni lobbisi Klintonun seçki marafonunda aktiv iştirak edib. Trampın qələbəsi Ermənistan üçün gözlənilməz olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti