Ağalarovun həyatı təhlükədə: `Məni şantaj edirlər`
Araz Ağalarov bildirib ki, sərgi mərkəzində bomba aşkar edilənə qədər ona 2 milyon dollar məbləğində borcu qaytarmaq tələbi ilə müntəzəm zənglər gəlib.
İstintaq müəyyənləşdirib ki, şantajçılar iş adamını hədələyib, ondan pul almaq istəyib. Təhlükəli zənglər mesencer və müxtəlif kanallarla daxil olub.
Bu ifadələr əsasında Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsi ilə cinayət işi açılıb.
Qeyd olunub ki, ayaqoluna partlayıcı maddənin qoyulması təhlükənin ciddiliyindən xəbər verir. Ağalarov isə öz növbəsində hadisənin arxasında kimin dayanacağı barədə məlumatsız olduğunu deyib.
İlkin Nəcəfzadə
AzVision.az