Hakan Şükür ABŞ-da müəllim işləyəcək

Hakan Şükür ABŞ-da müəllim işləyəcək
  10 Noyabr 2016    Oxunub:2782
Türkiyədə FETÖ araşdırması çərçivəsində haqqında həbs qərarı çıxarılan Türkiyə futbol yığmasının keçmiş üzvü, millət vəkili olmuş Hakan Şükür ABŞ-da Şimali Amerika Universitetində dərs deyəcək.
AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, FETÖ-nün vəkili olan Şükür, həmçinin universitetin futbol komandasının üzvlərinə futbol texnikaları öyrədəcək.

Qeyd edək ki, haqqında həbs qərarı çıxarılan Hakan Şükür ailəsiylə birlikdə ABŞ-a qaçıb. Atası Selmet Şükür isə həbs olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti