XİN Bolqarıstan vətəndaşını `qara siyahı`dan çıxardı
Məktubunda o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini bildirib. V. Dreharski bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb. Səfərlə əlaqədar təəssüfünü ifadə edən V. Dreharski Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayaraq Azərbaycan hökumətindən və xalqından üzr istəyib. O, gələcəkdə işğal olunmuş ərazilərə bu tip qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
V. Dreharskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Eldar Tanrıverdiyev
AzVision.az