Millimiz Şimali İrlandiyaya qarşı

Millimiz Şimali İrlandiyaya qarşı
  11 Noyabr 2016    Oxunub:2561
Azərbaycan millli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.
AzVision.az xəbər verir ki, millimiz səfərdə Şimali İrlandiyanın qonağı olacaq.

İlk 3 turda məğlub olmayan və qapısından qol buraxmayan yığmamız çətin səfər oyununda da bunu davam etdirməyə çalışacaq. Yığmamızda yalnız kapitan Rəşad Sadıqov zədə səbəbindən meydana çıxa bilməyəcək.

Dünya çempionatı, Təsnifat mərhələsi, "C" qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Klemen Turpin
Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. "Windsor Park" stadionu


AzVision.az


Teqlər:  





Xəbər lenti