Ermənistanda məmur rüşvət alarkən tutuldu

Ermənistanda məmur rüşvət alarkən tutuldu
  11 Noyabr 2016    Oxunub:3101
Noyabrın 10-da Ermənistanın Şirak vilayətində dövlət məmuru rüşvət alarkən saxlanılıb.
AzVision.az “NEWS.am”a istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan faktı təsdiqləyib.

Bildirib ki, əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü Regional Hərbi Komissarlığının 4-cü şöbəsinin rəisi, mayor Artyom Marqaryan rüşvət başında tutulub.

Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti