Sarkisyan Trampı `Qarabağ ermənisi` çıxardıb

Sarkisyan Trampı `Qarabağ ermənisi` çıxardıb
  11 Noyabr 2016    Oxunub:49549
Rusiyanın "Nezavisimaya" qəzeti ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla bağlı sensasion iddia ilə çıxışı edib.

AzVision.az xəbər verir ki, “MDB məkanında qaynar nöqtələrdə münaqişə tərəfləri ABŞ-ın yeni prezidentinə ümid edir” başlıqlı məqalədə Trampın əslən “Dağlıq Qarabağ”dan olduğu qeyd olunub.

“Ermənistan prezidenti Serj Sarkisyan Trampı təbrik edib və vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ rolunu yüksək qiymətləndirir”.

Məqalədə qeyd olunub ki, Qarabağ erməniləri Donald Trampa böyük ümidlər bəsləyir.

Qeyri-ciddi olsa da məqalənin müəllifi israrla ABŞ-ın yeni prezdentini “erməniləşdirir” və onun Qarabağdan olduğunu iddia edir.

Sözsüz ki, bu, müəllifin təxəyyülünün məhsuludur. Ortada heç bir dəlil, sübut yoxdur.

Qeyd edək ki, ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb. O, Seçicilər Kollegiyasının 277 səsini toplayaraq qələbəsini təmin edib.

Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. 1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq.

“Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti