`Google`dən Azərbaycana qarşı Qarabağ təxribatı - FOTO
AzVision.az xəbər verir ki, noyabrın 11-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində “Dağlıq Qarabağ Respublikası” kimi göstərilir.
Bundan başqa İran dövlətinin bir hissəsi “Kürdistan dövləti” kimi təqdim olunur.
Qeyd edək ki, bu, “Google”nin Azərbaycana qarşı yol verdiyi ilk təxribat deyil. Bundan əvvəl də belə hallar baş verib və müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı.
İlkin Nəcəfzadə
AzVision.az