Deputatlar Ollandı istefaya göndərir

Deputatlar Ollandı istefaya göndərir
  11 Noyabr 2016    Oxunub:3298
Fransa Milli Assambleyasının spikeri Klod Bartolone ölkə prezidenti Fransua Ollandın istefaya göndərilməsi barədə qətnamə layihəsini icraçı orqanların nümayəndələrinə təqdim edib.

AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, sənədi 79 deputat imzalayıb.

Partiya nümayəndələri qətnaməyə daha çox deputatın qoşulacağını iddia edirlər. Fransa qanunvericiliyinə əsasən prezident və baş nazir bu barədə məlumatlandırılmalıdır.

Sağçı deputatlar Ollandı dövlət sirlərini yaymaqda ittiham edirlər. Deputatların fikrincə, Olland “Prezident bunu deməli deyildi...” kitabında dövlət sirlərini açıqlayıb.

Agentlik vurğulayır ki, prezidentin idarəetmədən uzqlaşdırılması prosedura Konstitusiyanın 68-ci maddəsinə yalnız 2014-cü ildə daxil edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti