ABŞ-da qarşıdurma - 30 etirazçı tutulub

ABŞ-da qarşıdurma - 30 etirazçı tutulub
  11 Noyabr 2016    Oxunub:1932
ABŞ-ın Portland şəhərində (Oreqon ştatı) Donald Trampın prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyalarında polis təxminən 30 nəfəri saxlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyasında təxminən 4 min nəfər iştirak edir.

Qeyd olununb ki, etirazçılar pəncərə və vitrinləri sındırır, zibil qutularını yandırırlar. Bəzi nümayişçilər polis əməkdaşlarına müxtəlif əşyalar atıb. Nəticədə polis kütlənin dağıdılması üçün bibərli qaz və rezin güllələrdən istifadə edib. Hazırda nümayiş davam edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti