Ermənistan Türkiyədən yardım alıb - 50 milyon dollar

Ermənistan Türkiyədən yardım alıb - 50 milyon dollar
  11 Noyabr 2016    Oxunub:23884
2015-ci ildə Türkiyə Ermənistana humanitar yardım göndərib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Johovurd” nəşri məlumat yaıb.

Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə, 2015-ci ildə Türkiyədən ölkəyə 50 milyon dollar dəyərində 5 min ton humanitar yardım daxil olub.

Qəzetin araşdırması zamanı məlum olub ki, Ermənistan Türkiyədən humanitar yardım olaraq kauçuk, plastmas, rezin və bu kimi məhsullar alıb.

Bu arada Ermənistan hökuməti qəzetin sorğusuna cavab olaraq Türkiyədən humanitar yardım alınması məsələsini tamamilə inkar edib. Rəsmi İrəvan Türkiyədən hansı məqsədlə yüklərin ölkəyə gətirilməsi məsələsinə aydınlıq gətirə bilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti