Azərbaycanın `Boeing`i irlandları mat qoyub

Azərbaycanın `Boeing`i irlandları mat qoyub
  11 Noyabr 2016    Oxunub:20256
Futbol üzrə Azərbaycan milli komandasının İrlandiyanın Belfast şəhərinə gəldiyi “Boeing 787 Dreamliner” təyyarəsi meydan sahiblərini mat qoyub.

AzVision.az “Sky Sport”-a istinadən xəbər verir ki, indiyə qədər Belfastda belə müasir təyyarə görünməyib.

“Azərbaycan yığmasının gəldiyi təyyarə bu ölkənin artan maddi gücünün daha bir sübutudur”.

Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində baş tutacaq Şimali İrlandiya – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti