Saakaşvili Ukraynada yeni partiya yaradır

Saakaşvili Ukraynada yeni partiya yaradır
  11 Noyabr 2016    Oxunub:2166
Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili “Xvılya” (“Dalğa”) adlı yeni partiya yaratmaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili Rusiyanın “Korrespondent” nəşrinə müsahibəsində deyib.

”Xvılya” növbədənkənar seçkilərin keçirilməsindən asılı olaraq, yaradıla bilər”, - deyə sabiq Gürcüstan prezidenti qeyd edib.

Saakaşvilinin sözlərinə görə, o, bir müddət əvvəl bu barədə prezident Pyotr Poroşenkoya təkliflə müraciət edib: “Biz parlamentə seçkilər keçirməklə hökumətin tərkibini 90 faiz yeniləyə bilərdik. Lakin bu ilin aprelində Arsen Avakovla sövdələşmə baş verdi. Nəticədə Avakov daxili işlər naziri olaraq qaldı”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti