Binəli Yıldırım telefonla Trampa xeyir-dua verdi

Binəli Yıldırım telefonla Trampa xeyir-dua verdi
  12 Noyabr 2016    Oxunub:2045
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa zəng edib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, B.Yıldırım Trampı qələbəsi münasibətilə təbrik edib, seçkilərin Amerika xalqı üçün xeyrili olmasını diləyib.

ABŞ-la əlaqələrin Türkiyə üçün önəm daşığını deyən B.Yıldırım növbəti illərdə bu münasibətlərin daha da inkişaf etməsi üçün səylər göstəriləcəyinə əminliyini ifadə edib.

Təbrik zənginə görə B.Yıldırıma təşəkkür edən D.Tramp Türkiyə ilə əlaqələrin onun üçün maraq dairəsində olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıb, bu istiqamətdə əlaqələrin davam etdirilməsinin əhəmiyyətindən söz açıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti