ABŞ-da yenə atışma olub - Yaralılar var

ABŞ-da yenə atışma olub - Yaralılar var
  12 Noyabr 2016    Oxunub:1430
ABŞ-ın Aydaxo ştatında cinayətkarın axtarışı üzrə əməliyyat zamanı 3 nəfər yaralanıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, polislər odlu silahların qeyri-qanuni istifadəsində şübhəli bilinən 33 yaşlı Marko Romeronu saxlamağa çalışıb.

Saxlanılma zamanı şübhəli şəxs atəş açmağa başlayıb. Nəticədə polislər cavab atəşi açmağa məcbur olub.

Atışma zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı və şübhəli şəxsin özü də yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti