Erməni nazirin 24 yaşlı model müavini - Fotolar

Erməni nazirin 24 yaşlı model müavini - Fotolar
  12 Noyabr 2016    Oxunub:7081
Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov 24 yaşlı modeli özünə müavin təyin edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Anastasiya Deyeva Avakovun avrointiqrasiya məsələləri üzrə müavini olub.

Anastasiyanın “Facebook” sosial şəbəkəsində yazılan məlumata görə, xanım müavin ikisi Böyük Britaniyada olmaqla beş müxtəlif məktəbdə təhsil alıb.

O, evlidir. İxtisasca politoloqdur.

Ukrayna DİN-də aparılan islahatlara qədər Stokholmda yaşayıb, yaşıl texnologiyalarla məşğul olub. Hazırda o, müqavilə əsasında Ukrayna DİN-ində işləyir.











Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti