İsa Qəmbər İbrahimbəyovu əvəz edəcək
İ.Yusibovun sözlərinə görə, İbrahimbəyovun yerinə tədbirə Müsavat başqanı İsa Qəmbər Brüsselə dəvət olunacaq.
Daha sonra İ.Yusibov bildirib ki, tədbirin tam proqramı və dəvət olunanların siyahısı onda var, ancaq o həmin şəxslərin adlarının çəkilməsini hələlik istəmir.
İ.Yusibov musavat.com-a bildirib ki, Avropa Parlamentindəki tədbir oktyabrın 3-də olacaq.
Həmvətənimizin sözlərinə görə, daha əvvəl bu tədbirdə Azərbaycanda seçkiyə qatılacaq vahid namizədin, yəni İbrahimbəyovun iştirakı nəzərdə tutulmuşdu: "Lakin bu gün aparılan müzakirələr nəticəsində dəvət olunacaq əsas şəxs dəyişdirilidi. İsa Qəmbər seçildi. İsa bəy də bu tədbir barədə məlumatlıdır. Tədbirdə Avropa İttifaqının və Avropa Parlamentinin rəsmiləri olacaq, seçkilər və ondan sonrakı vəziyyət, perspektivlər müzakirə olunacaq".
Teqlər: