Ermənistanda əhalinin yarıdan çoxu yoxsuldur

Ermənistanda əhalinin yarıdan çoxu yoxsuldur
  12 Noyabr 2016    Oxunub:4490
Ermənistan əhalisinin üçdə ikisi real yoxsulluq həddində yaşayır.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu etnoqraf Qranuş Xaratyan deyib.

Onun sözlərinə görə, statistika xidmətlərin göstəriciləri reallığı əks etdirmir. Ermənistanda insanlar yoxsul olduqlarını etiraf etməyə utanırlar: "Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 41 min dram (86 dollar) səviyyəsində müəyyən edilib. O zaman, belə çıxır ki, 42 min drama yaşayan insan yoxsul deyil?!".

Q.Xaratyan əlavə edib ki, Ermənistanda orta təbəqənin nümayəndələrini müəyyən etmək də çətindir.

AzVision.az



Teqlər:  





Xəbər lenti