Rusiyada terror törətmək istəyən İŞİD-çilər tutuldu

Rusiyada terror törətmək istəyən İŞİD-çilər tutuldu
  13 Noyabr 2016    Oxunub:1818
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları “Paris ssenarisi” üzrə Moskva və Sankt-Peterburqda partlayışlar törətməyi planlaşdıran terror qruplaşmasının 10 üzvünü saxlayıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı FTX-nın mətbuat xidməti yayıb.

Əməliyyat Tacikistan və Qırğızıstan xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə keçirilib.

Qeyd olunub ki, terrorçular eyni vaxtda müxtəlif yerlərdə partlayışlar törətmək istəyirmiş. Əməliyyat zamanı terrorçulardan 4 ədəd partlayıcı qurğu, rabitə vasitələri, odlu silahlar və döyüş sursatları aşkarlanaraq götürülüb.

Saxlanılan terrorçuların hamısı Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır və onlar İŞİD terror qruplaşmasının başçıları ilə əlaqədə olduqlarını etiraf ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti