14 yaşlı uşaq terror törətdi - 52 ölü, 100 yaralı

14 yaşlı uşaq terror törətdi - 52 ölü, 100 yaralı
  13 Noyabr 2016    Oxunub:42583
Pakistanın Bəlucistan əyalətindəki sufi məbədinə terror hücumu nəticəsində həlak olanların sayı artmaqda davam edir. Son məlumata görə, qurbanların sayı 52 nəfərə çatıb və 100-dək yaralı var.
Pakistanın “Express Tribune” qəzeti terror aktının yeni təfərrüatlarını açıqlayıb. Qəzetin yazdığına görə, məbəddə partlayışı 14 yaşlı terrorçu-kamikadze törədib. Hadisə müsəlman-sufi zəvvarların dini mərasimi zamanı baş verib. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Məbəd çətin keçilən ərazidə yerləşdiyindən və yaxınlıqda xəstəxana olmadığından yaralılar hadisə yerindən 250 kilometr uzaqda yerləşən Kəraçi şəhərinə daşınır. Ölənlərin sayının artacağı istisna olunmur.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti