Qarabağda erməni əsgər öldürüldü
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 13-də, saat 02:15 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birində olan 1995-ci il təvəllüdlü əsgər Vardan Hovhannes Arakelyan ölüb. Onun avtomatdan açılan güllə yarasından öldüyü bildirilir.
Erməni tərəfinin iddiasına görə, əsgər naməlum şəraitdə öldürülüb.
Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.
Şahin Qocayev
AzVision.az