Türkiyədə daha 291 zabit xidmətdən uzaqlaşdırılıb

Türkiyədə daha 291 zabit xidmətdən uzaqlaşdırılıb
  14 Noyabr 2016    Oxunub:1153
Türkiyədə dəniz donanmasının 168 zabiti və 123 kiçik zabiti iyulda hərbi çevrilişə cəhdlə əlaqədar xidmətdən uzaqlaşdırılıb. 15 zabit və 4 kiçik zabit isə vəzifədən azad edilib.
Məlumatı Reuters Müdafiə Nazirliyinə istinadən yayıb..

Hərbi çevrilişə cəhddən bəri 110 mindən çox hakim, müəllim, polis və dövlət qulluqçusu ya işdən uzaqlaşdırılıb, ya da vəzifədən azad edilib.

36 min nəfər isə həbs olunub.

Bundan başqa, iyuldan bəri tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində Türkiyədə 130-dan çox media qurumu bağlanıb. (BBC azeri)

AzVision.az


Teqlər:





Xəbər lenti