Avropanın iki ölkəsində Rusiyameyilli şəxs prezident seçildi

Avropanın iki ölkəsində Rusiyameyilli şəxs prezident seçildi
  14 Noyabr 2016    Oxunub:1906
Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Rusiyameyilli Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəlib.
AzVision.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, o, seçicilərin 54,4%-nin səsini toplayıb.

Dodonun rəqibi, Avropayönlü müxalifətdən olan yeganə namizəd – Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri Mayya Sandu seçicilərin 45,5 %-nin dəstəyini qazanıb.

Ötən gün Bolqarıstanda da prezident seçkiləri keçirilib. Prezident seçkilərinin 2-ci turunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev qalib gəlib.

Radev seçicilərin 58,5 faizinin səsini qazanıb. Onun rəqibi hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva isə seçkini 35 faiz səslə başa vurub.

Qeyd edək ki, Rumen Radev Rusiyameyilli baxışları ilə seçilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti