Əsir əsgərimiz vətənə qayıtmaq istəyir

Əsir əsgərimiz vətənə qayıtmaq istəyir
  16 Avqust 2013    Oxunub:1049
Erməni əsirliyində olan Azərbaycan əsgəri Firuz Fərəcov vətənə qayıtmaq arzusunda olduğunu bildirib.
Bu barədə Ermənistan müdafiə nazirinin müavini David Tonoyanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan nümayəndəsi Draqana Rankoviç arasında bu gün - avqustun 15-də keçirilən görüş zamanı məlumat verilib.

Xəbərə görə, görüş zamanı BQXK-nin Bakı nümayəndəliyi təmsilçilərinin Azərbaycanda əsir saxlanan erməni əsgəri Akop İnciqulyana baş çəkməsi məsələsi də müzakirə olunub. D.Tonoyan da öz növbəsində BQXK təmsilçilərinə məlumat verib ki, Ermənistanda əsir saxlanan azərbaycanlı əsgər Firuz Fərəcov “fikrini dəyişib və Azərbaycana qayıtmaq arzusunda olduğunu dilə gətirib”.

Qeyd edək ki, bu, Ermənistan Müdafiə Nazirliyinin azərbaycanlı hərbi əsirin adından yaydığı ilk belə bəyanatdır. İstisna deyil ki, bu bəyanat erməni tərəfinin hərbi əsirlərin dəyişdirilməsini həyata keçirmək istəyi ilə bağlıdır. (Virtualaz.org)


Teqlər:  





Xəbər lenti