İrəvan küçələri qana boyandı - Ölən və yaralı var

İrəvan küçələri qana boyandı - Ölən və yaralı var
  14 Noyabr 2016    Oxunub:14562
Ermənistanın paytaxtı İrəvanda güclü atışma baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 17:15 radələrində baş verib.

Məlumata əsasən İrəvanda yerləşən “Surb Astvaçamayr” tibb mərkəzindən polisə xəstəxanaya 1981-ci il təvəllüdlü Aram və 1978-ci il təvəllüdlü Muşeq adlı şəxslərin yaralı halda, daha bir nəfərin isə meyitinin gətirilməsi barədə xəbər daxil olub.

Xəstəxanadan, həmçinin Muşeq M-in reanimasiya şöbəsində vəfat etdiyi bildirilib.

Üçüncü şəxsin kimliyi də dəqiqləşdirilib. O, 1991-ci il təvəllüdlü Qevork A-dır. Polis hadisənin baş vermə səbəblərini araşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti