Tramp yeni administrasiya rəhbəri seçdi

Tramp yeni administrasiya rəhbəri seçdi
  14 Noyabr 2016    Oxunub:2257
ABŞ-da prezident seçkilərində qələbə qazanan Donald Tramp yeni administrasiya rəhbərinin adını açıqlayıb.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər ki, administrasiyanın yeni rəhbəri Respublika partiyasının Milli komitəsinin hazırkı sədri Rayns Pribus olacaq.

Trampın baş müşaviri isə onun seçkiqabağı kampaniyasına rəhbərlik edən siyasi texnoloq Stiven Bennon təyin olunacaq.

Tramp öz bəyanatında Pribusu və Bennonu seçkiqabağı kampaniyanın gedişatında bir yerdə uğurla çalışan yüksək ixtisaslı liderlər adlandırıb.

Xatırladaq ki, Tramp inauqurasiyaya iki ay qalmış öz administrasiyasını formalaşdırmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti