Prezident türkiyəli və qırğızıstanlı həmkarları ilə görüşüb- FOTOLAR

Prezident türkiyəli və qırğızıstanlı həmkarları ilə görüşüb- FOTOLAR
  16 Avqust 2013    Oxunub:1035
Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə görüşü olub.
Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılbı. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib.
Prezident İlham Əliyev və Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edbilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Avqustun 15-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə də görüşüb.

Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulanıb. Bu tədbirin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olunub. Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.

Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparılıb.(trend)

Qalereya




Teqlər:  





Xəbər lenti